Tramp Quantanamo həbsxanasından 1 məhkumu ölkəsinə qaytardı - İLK DƏFƏ
ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Quantanamo həbsxanasından 1 məhkumu öz ölkəsinə qaytarıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Əhməd Məhəmməd adlı məhkumun artıq Səudiyyə Ərəbistanına təhvil verildiyi bildirilir.
2014-cü ilin fevralında "Darbi" hadisələrinin iştirakçısı kimi həbs edilən məhkum cəzasının qalan 13 ilini Səudiyyə Ərəbistanında çəkəcək.
Məsələ ilə bağlı ABŞ konqresi də məlumatlandırılıb.
Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Barak Obama vəzifə müddəti başa çatmadan öncə Quantanamo həbsxanasından 1 nəfəri 3-cü ölkəyə təhvil verməyi bacarmışdı.