Şəmkirdə ev yandı, ana və qızı xəstəxanalıq oldu

Şəmkirdə evdə yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yeni Abad kəndi ərazisində ümumi sahəsi 42 kvadratmetr olan yaşayış evi yanıb.

 

Əraziyə cəlb olunan Şəmkir Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi alovun digər evlərə keçməsinin qarşısını alıblar.

 

Ev sahibinin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Məmmədova Təhminə Asif qızı və onun 2015-ci il təvəllüdlü qızı Aylin Asim qızı Məmmədova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli