Kimyəvi zavodda güclü yanğın başlayıb - ABŞ-DA

Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında yerləşən kimyəvi zavodda yanğın baş verib.

APA TV-nin məlumatına görə, yanğın kimyəvi texnologiyalar zavodunda qeydə alınıb. Müəssisənin üzərini qatı qara tüstü bürüyüb. Yerli polis əhalini həmin məntəqədən uzaq durmağa çağırıb. Yanğının mərkəzindən 8 km radiusda yaşayan əhali təxliyyə edilib.

Hadisə yerinə yanğınsöndürənlər və xüsusi xidmət orqanları cəlb olunub. Yanğının lokallaşdırıldığı deyilir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı