Astarada iki avtomobil toqquşdu, 3 nəfər yaralandı

Astarada iki avtomobil toqquşub. APA-TV-nin cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun rayonun Çayoba kəndindən keçən hissəsində iki minik maşınının toqquşması zamanı 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Astara rayon sakini, 1991-ci il təvəllüdlü Bağırov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri, 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar ətrafda olan sakinlərin köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada hər üç yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov