21 yaşlı qız özünü körpüdən ataraq intihar etmək istədi - GORANBOYDA

Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S.Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.

Müəllif | Apa.Tv
Sərxan Kamallı