Ermənistanda daha iki yüksək vəzifəli şəxs istefa verdi
Ermənistanın Şirak vilayətinin qubernatoru Artur Xaçatryan istefa verib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, sabiq qubernator bəyanatında istefasının səbəblərini açıqlamasa da, vəzifə prinsiplərinə sadiq olduğunu bildirib.
Bu arada elm və təhsil nazirinin müavini David Saakyan vəzifəsindən azad olunub. Hökumətdən verilən açıqlamada nazir müavininin öz ərizəsinə əsasən işdən getdiyi qeyd edilib.