Paşinyana böyük dəstək - YENİDƏN BAŞ NAZİR POSTUNA NAMİZƏD OLDU
"Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı bütün sənədlər parlamentə təqdim olunub".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, "Çıxış" blokunun fraksiya eksperti və "Vətəndaş anlaşması" partiyasının üzvü Vaaqn Ovakimyan öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, 41 deputatın imzasını toplamaq mümkün olub.
Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında baş naziri seçmək mümkün olmayıb. Mayın 8-də hökumət rəhbərinin təyin edilməsi üçün ikinci cəhd ediləcək. Əgər növbəti dəfə bu mümkün olmasa, parlament buraxılacaq və 30-45 gün ərzində növbədənkənar seçkilər keçiriləcək.
Xatırladaq ki, hakim Respublika partiyasını təmsil edən deputatlardan 1/3-i irəli sürülən namizədi dəstəkləyəcək və bu partiya yenidən baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək.
Bu açıqlamanı dünən sözü gedən partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.