Ermənistanda əsgər ölüb - BAŞINDAN GÜLLƏLƏNİB
Ermənistanda hərbçi ölüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə Azərbaycanla dövlət sərhədinin şimal-şərq istiqamətində qeydə alınıb.
Səhər saatlarında döyüş postunda 1998-ci il təvəllüdlü əsgər Artur Qasparyanın meyiti tapılıb. Onun baş nahiyəsində güllə yarası aşkarlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanıb.