Pentaqon Suriya və İraqda saxladığı əsgər sayını açıqladı
ABŞ Suriya və İraqdakı əsgərlərinin sayını açıqlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, adı çəkilən ölkələrdə 7 min amerikan hərbçisinin olduğu bildirilir.
Bu, Donald Tramp prezident seçildikdən sonra Suriya və İraqdakı hərbi kontingent sayı ilə bağlı ilk açıqlamadır.
Pentaqondan verilən bəyanatda İraqda 5000, Suriyada isə 2000 əsgərin olduğu qeyd edilir. Lakin bu rəqəmin də dəqiqliyi şübhə altındadır.

Çünki rəsmi Vaşinqtondan bir müddət öncə bölgəyə əlavə qüvvələr yeridiləcəyi ilə bağlı fikirlər səsləndirilib.