CHP-nin prezidentliyə namizədi müəyyənləşdi - MUHARREM İNCƏ

Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi rəsmiləşib.

 

APA TV-nin xəbərinə görə, seçkilərdə CHP-nin namizədi Yalova millət vəkili Muharrem İncə olacaq.

 

Partiya sədri Kamal Kılıçdaroğlu və CHP parlament fraksiyalarının rəhbərləri Muharrem İncənin namizədliyi irəli sürüblər. İkinci namizəd irəli sürülməyib və gizli keçirilən səsvermə nəticəsində Muharrem İncə CHP-nin prezidentliyə namizədi olub.

 

Xatırladaq ki, bundan əvvəl AKP və MHP seçkilərdə indiki prezident Rəcəb Tayyip Ərdoğanın namizədliyini irəli sürüblər. İYİ Partiya isə seçkilərə partiyanın sədri Meral Akşenərlə qatılacaq.

 

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.   

Müəllif | Apa.Tv
Ayşən Əhməd