Bu il ədəbiyyat üzrə Nobel mükafatı ləğv edildi - SƏBƏB
Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, mükafatın təqdim edilməməsinə səbəb İsveç Akademiyasında baş verən təcavüz faktları ilə bağlı verilən istefalarla əlaqədardır.
Buna görə də 2018-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı bu il heç kimə verilməyəcək. Mükafatın növbəti sahibinin adı 2019-cu ildə açıqlanacaq.