Tramp pornoulduza pul ödədiyini etiraf etdi
Donald Tramp vəkili vasitəsilə məşhur pornoulduz Stormi Danielsə pul verdiyini etiraf edib. APA TV-nin məlumatına görə, bu barədə prezident "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, yaşadığı münasibət qarşılığında susması üçün aktrisa ilə vəkili Maykl Kohen arasında pul müqabilində anlaşma əldə edilib və bu vəsait seçki kampaniyasının büdcəsindən ödənilməyib.
Bundan əvvəl ödəmənin 2016-cı ilin noyabr ayında Donald Trampın seçki kampaniyası dövründə edildiyi iddia edilirdi.
Qeyd edək ki, Stormi Daniels Donald Trampla 2006-cı ildə qısa müddətli əlaqə yaşadığını bildirmiş və bu, mediada böyük ajiotaja səbəb olmuşdu.