Bakıda xəzri əsəcək, bəzi bölgələrdə yağış və dolu gözlənilir

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27 dərəcə, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 10-15, gündüz 25-30 dərəcə, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd