Afrində türk əsgəri şəhid oldu - BİR HƏRBÇİ YARALANDI

Suriyanın Afrin şəhərində Türkiyə ordusunun bir əsgəri şəhid olub, biri yaralanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə hərbçilərin PYD/YPG terrorçularından təmizlədiyi ərazilərdə təhlükəsizlik tədbirləri keçirilərkən baş verib.

Mina partlaması bir əsgərin ölümü, digərinin ağır xəsarət alması ilə nəticələnib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) bu ilin yanvar ayında Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına start verib. Əməliyyatlar nəticəsində bölgədə bir neçə iri yaşayış məntəqəsi terrorçulardan təmizlənib, 4205 terrorçu zərərsizləşdirilib.

"Zeytun budağı" çərçivəsində Türkiyə ordusu 54 şəhid verib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı