Prezident İlham Əliyev Xaçmazda səfərdə olub

Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gəlib.

 

APA TV xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

 

Sonra prezident Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının da açılışında iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib. Azərbaycan prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb. Müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.

 

Daha sonra dövlət başçısı Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə məlumat verib.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan prezidenti Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında da iştirak edib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Müəllif | Apa.Tv
Apa.tv