Şamaxıda minik və yük avtomobilləri toqquşdu: 5 yaralı

Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün Şamaxının Pirsaat kəndi ərazisində "VAZ-21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və 1966-cı il təvəllüdlü Yavər Babalı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan iki nəfərin vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov