Zaxarova: "Ermənistanda vəziyyət sabitləşəndən sonra Dağlıq Qarabağ danışıqları..."
"Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib: "Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır".
M.Zaxarova ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyini vurğulayıb.