Fuad Poladov vəfat etdi

Xalq artisti Fuad Poladov vəfat edib. APA TV-yə bu barədə mərhumun ailə üzvləri məlumat verib.


Fuad Ağarəhim oğlu Poladov 1948-ci ildə Bakıda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir çox tamaşalarda və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1987-ci ildə Azərbaycan SSR-in xalq artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, F.Poladov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. O, Milli Onkologiya Mərkəzində müalicə alıb. Xalq artisti 19 gün sonra 70 illik yubileyini qeyd edəcəkdi.

Allah rəhmət eləsin!
 

Müəllif | Apa.Tv
Apa.tv