Lənkəran sakininin hava doldurduğu təkər partladı - XƏSARƏTİ AĞIRDIR
Lənkəranda 49 yaşlı kişinin çalışdığı iş yerində ehtiyatsız davranması onun ağır xəsarət alması ilə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri ərazisində yerləşən təkər təmiri sexində baş verib.
Həmin şəhər sakini Habil Səfərov yük maşınının təkərinə hava doldurarkən təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə H.Səfərov baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.