Tovuzda 10 yaşlı uşağı ilan sancıb

Tovuzda azyaşlını ilan sancıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Humanlı kəndində baş verib.

Həmin kəndin sakini olan 2008-ci il təvəllüdlü Musayev Teymur Füzuli oğlunu ilan əkin sahəsində sancıb.

10 yaşlı oğlan Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv