ABŞ-da güclü zəlzələ oldu - VULKAN PÜSKÜRMƏSİNDƏN SONRA

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.

 

APA TV-nin məlumatına görə, bu barədə "ABC News" ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verib.
 

Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı  5 km dərinlikdə yerləşib.


Zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

 

Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.

Müəllif | Apa.Tv
Apa.tv