İsrail hərbçiləri fələstinlilərə atəş açdı - YARALI SAYI ÇOXDUR
Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli xəsarət alıb.
APA TV-nin "The Times of Israel"ə istinadən məlumatına görə, 42 nəfər güllə yarası alıb, 20 nəfər rezin güllələrdən xəsarət alıb, yaralıların bir qismi gözyaşardıcı qaz və tüstüdən zərər çəkib.
Ümumilikdə Qəzza zolağının sərhədində etiraz aksiyalarına 7 minə yaxın fələstinli qatılıb.
Qeyd edək ki, martın 30-da fələstinlilər "Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan edib.