Misir Suriyaya ordu göndərir - TRAMPIN PLANI REALLAŞIR

Misir Suriyaya ordu göndərəcək. APA TV-nin Misirin rəsmi "Əl Ahram" nəşrinə istinadən məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Samih Şüjrü açıqlama verib.


Nazir Suriyaya hərbi kontingent göndərilməsi ilə bağlı bəzi bölgə ölkələri ilə məsləhətləşmələrə başlandığını bildirib.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Suriyadan ABŞ hərbçilərinin çıxarılacağını, bunun yerinə Ərəb Birliyi Qüvvələri adı altında bəzi bölgə ölkələrindən əsgər göndəriləcəyini, bu qüvvələrin İŞİD-in tam məhvinə qədər Suriyada qalacağını bildirmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv