Ərdoğan: "Suriya qaçqınlarına vətəndaşlıq verilə bilər"

"Türkiyəyə sığınan suriyalılara vətəndaşlıq verilə bilər". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Misir çarşısında gəzərkən bir mağazanın qarşısında dayandım. Öyrəndim ki, işçilərdən biri Türkiyə vətəndaşı deyil. Amma türkçə çox yaxşı danışırdı. Düşündüm ki, bu insanlara vətəndaşlıq verilə bilər. Həm də bu səbəbdən qaçaq işçi kimi çalışırlar. Bəlkə də onların arasında doktor, mühəndis, vəkil var. Onlara vətəndaşlıq verilsə normal yaşayıb, çörək qazana bilərlər. Türkiyəyə də daha çox faydalı olarlar".


Qeyd edək ki, Ərdoğanın bu açıqlaması müxalifət cəbhəsində, mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv