İnam Kərimov Cocuq Mərcanlıda: "Kəndlilərə texnika və hər növ toxum pulsuz veriləcək"

Kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, nazir əvvəlcə Horadiz şəhərində aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.


Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşən nazir onlar üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan texnikanın pulsuz xidmət göstərəcəyini, eyni zamanda əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini vurğulayıb. 

Nazir 25 ildən sonra ilk dəfə olaraq fermerlərin  qarğıdalı səpinində iştirak edib: "Cocuq Mərcanlı kəndindəyik hal-hazırda 33 hektarda qarğıdalı səpini həyata keçirilir. Bura 33 hektar  32 fermer tərəfindən əkin həyata keçirilir.  Cənab Prezidentin tapşırığı ilə texnikalar və toxuma xərclənən vəsait  dövlət tərəfindən ödəniləcək. Burda 180 nəfərdən çox Cocuq Mərcanlı sakini işlə təmin olunacaq".

Müəllif | Apa.Tv
Apa.tv