İki Koreya 30 dəqiqəyə "birləşdi" - KİM ÇEN IN ZAMANI QABAQLAYIR

Şimali Koreya saat fərqini Cənubi Koreya ilə uyğunlaşdırıb.


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, rəsmi Pxenyandan ötən cümə günü yerli vaxtla saatlar 23:30-u göstərdiyində ölkə ərazisində əqrəblərin 00:00-a çəkilməsi barədə göstəriş verilib. 


Beləliklə, iki ölkə ərazisində saat qurşağı eyniləşdirilib.

Bu, Şimali Koreya lideri Kim Çen Inın Vahid Koreya prosesinə növbəti töhfəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, Pxenyan 2015-ci ildə Seuldan fərqlənmək üçün saatları 30 dəqiqə geriyə çəkmişdi.

Müəllif | Apa.Tv
Apa.tv