Gəncədə güclü yanğın - İKİ YANĞINSÖNDÜRƏN XƏSARƏT ALDI
Gəncədə yaşayış binasında yanğın olub.
APA TV-nin Qərb bürosunun məlumatına görə, Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Sakinlər təxliyə olunub.
Yanğının söndürülməsində iştirak edən Gəncə Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürəni - Zirəddin Məmmədov və Namiq Lələyev xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Yanğın tam söndürülüb.