Ankaranı sel basdı - ŞƏHƏRDƏN GÖRÜNTÜLƏR

Türkiyənin paytaxtı Ankara şəhərini sel basıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, selin baş verməsinə səbəb şəhərə düşən intensiv yağışlar olub.

 

Təbii fəlakət nəticəsində evləri və ofisləri su basıb, 6 nəfər xəsarət alıb, onlarla avtomobilə ziyan dəyib.  

 

Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna bildirib ki, hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

 

Ankarada hələ 3 gün ərzində yağmurlu hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv