SƏRNİŞİN AVTOBUSU YANDI
Dekabrın 18-i səhər saatlarında Gəncədən Samuxun Hacalı kəndi istiqamətində hərəkət edən avtobus yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Samux rayon sakini Faiq Abdullayevə məxsus “PAZ” markalı avtobus hərəkətdə olarkən yanmağa başlayıb. Yanığını söndürmək üçün Samux Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb gəlib. Yanğın zamanı sürücü və sərnişinlərdən xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb. Məlumata görə, yanğına səbəb avtobusun mühərrikinin nasaz olmasıdır. Faktla bağlı araşdırma aparılır.