Hacıqabulda "Mercedes"lə "Niva" toqquşdu - YARALILAR VAR
Hacıqabulda ağır yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" markalı avtomobillə "VAZ 2121" (Niva) markalı avtomobil toqquşub. Bundan sonra "Mercedes" yol ayırıcındakı metal çəpərə çırpılıb. Avtoqəza nəticəsində avtomobildə olan 5 nəfər - Bakı sakinləri, 1953-cü il təvəllüdlü Qasımova Rəhilə Məmməd qızı, 1962-ci il təvəllüdlü İsmayılov Hətəm Kazım oğlu, 1962-ci il təvəllüdlü Mirzəyev Vidadi Əyyub oğlu, 1985-ci il təvəllüdlü Aslanov Amid Aslan oğlu və Quba sakini, 1977-ci il təvəllüdlü Cəlilov Hafiz Sabir oğlu xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.