Keçmiş məhkum bu dəfə narkotiklə ələ keçdi - İMİŞLİDƏ
İmişli sakinindən narkotik vasitə hesab olunan heroin götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdiyi narkotik vasitəni yaymaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Şirinov Akif Cəlal oğlunun yaşadığı evdən 13 ədəd bükümdə, ümumi çəkisi 18,57 qram olan heroin və narkotik vasitələri çəkmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.