İmişli polisi əməliyyat keçirdi, bir nəfəri həbs etdi - SİLSİLƏ OĞURLUĞA QARŞI

İmişlidə silsilə oğurluqlar edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon sakinləri tərəfindən onlara məxsus əmlakların oğurlanması barədə polis şöbəsinə müraciətlər edilib.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli sakini Musayev Zeyqəm Yadigar oğlu saxlanılıb. İstintaq zamanı məlum olub ki, Z.Musayev dəyəri 1220 manat olan 4 ədəd akkumulyator, təmir sexindən dəyəri  450 manat olan 145 metr uzunluğunda mis naqil oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv