Əfqanıstanda növbəti məscid terroru - 17 ÖLÜ, 34 YARALI

Əfqanıstanın Host əyalətində məsciddə törədilən partlayış nəticəsində azı 17 nəfər dünyasını dəyişib, daha 34 nəfər isə yaralanıb.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə əyalət polisinin rəisi Abdulla Mananna bildirib. Onun sözlərinə görə, partlayışın uzaq məsafədən idarə edilən partlayıcı qurğu ilə törədildiyi ehtimal olunur.

Qeyd edək ki, partladılan məscid həmçinin seçicilərin qeydiyyatı mərkəzi kimi də fəaliyyət göstərirmiş. Partlayışın hansı şəraitdə baş verdiyi isə araşdırılır.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv