Türkiyə XİN: "Rusiyanın viza rejimini ləğv edəcəyini düşünürük"
Rəsmi Ankara bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir.
APA TV-nin məlumatına görə, bunu ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yerli KİV-ə müsahibəsində bildirib. M.Çavuşoğlu deyib ki, bu ilin sonunda iki ölkənin prezidentləri telefon danışığı, yaxud ilk şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilər.
Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrında Suriya-Türkiyə sərhədində "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib.