Şamaxıda uşaq dünyaya gətirən ana dünyasını dəyişib
Şamaxı rayonunda ana doğuşdan sonra dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Binyətova Amirə Əlisahib qızı doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A.Binyətovanın qəfildən halı pisləşib və o, komaya düşüb. Qadın reanimasiya şöbəsinə yerləşdirilib. Bakıdan əlavə mütəxəssislər dəvət edilib. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan APA TV-yə bildirilib ki, qadında qan təzyiqi və qanaxma müşahidə olunub. O, xəstəxanada əməliyyat olunandan sonra vəziyyəti ağırlaşıb. A.Binyətovanın dəqiq hansı xəstəlik səbəbindən öldüyü hələ ki məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.