Ermənistanda əsgər ölüb - BAŞINDAN GÜLLƏLƏNİB

Ermənistan ordusu itki verib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə Ermənistanın şimalında yerləşən hərbi hissələrin birində qeydə alınıb.

1999-cu il təvəllüdlü, əsgər Levon Arsenoviç Torosyanın meyiti xidmət etdiyi hərbi hissənin yaxınlığında aşkarlanıb. O, başından güllələnib.

Qeyd edək ki, Ermənistan ordusunda müəmmalı ölüm hallarının sayı son dövrlərdə artıb. 3 gün öncə Ermənistanda xidmət etdiyi hərb hissədə meyiti tapılan başqa bir əsgərin də başında güllə yarası aşkarlanmışdı.

Müəllif | Apa.Tv
Fərid Rəsulov