Makron: "ABŞ İranla nüvə razılaşmasından çıxsa, müharibə olacaq"
"ABŞ-ın İranla nüvə razılaşmasından çıxması müharibəyə səbəb olacaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Bununla yanaşı, E.Makron ABŞ prezidenti Donald Trampın yeni münaqişənin alovlanmasında maraqlı olmadığına əminliyini ifadə edib.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Ev rəhbəri sözü gedən sənəddən çıxıb-çıxmamaq barədə qərarını mayın 12-ə qədər açıqlayacağını bəyan edib.