Səudiyyə ilk qadın diplomatını Yaponiyaya göndərdi
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadın attaşe Yaponiyaya təyin edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Səmər ibn Mazin adlı qadın Səudiyyənin Yaponiyadakı ticarət qurumuna göndərilib.
Səudiyyə Ərəbistanının Ticarət Nazirliyindən verilən açıqlamaya görə, bu qərar qadınların ticarətdə fəallığını artırmaq məqsədilə verilib.
Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında baş verən islahatlar çərçivəsində qadınların cəmiyyətdə fəallığını artırmaq üçün bir sıra başqa tədbirlər də görülür.