Səudiyyə Ərəbistanına raket zərbələri endirilib
Səudiyyə Ərəbistanına raket zərbələri endirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, Yəməndəki husilər Səudiyyənin Necran şəhərinə 2 raket buraxıb. Raketlər Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə kompleksləri tərəfindən zərərsizləşdirilib.
Yerli mətbuat orqanları husilərin Necrandakı benzindoldurma məntəqələrini hədəfə aldığını bildirir.
Qeyd edək ki, bununla husilərin mart ayından etibarən Səudiyyə Ərəbistanına endirdiyi raket zərbələrinin ümumi sayı 28-ə çatıb.