Ağsaqqallar Şurasının üzvləri Fəxri Xiyabanı ziyarət edib
Respublika Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.
APA TV-nin xəbərinə görə, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şura üzvləri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
F.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycanı dünyaya tanıdıb, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada yer alıb. O, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu da qeyd edib: "Ulu öndər Heydər Əliyevin qoyduğu bu yolu bu gün prezident İlham Əliyev uğurla davam etdirir".
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin kollektivi də bu gün Fəxri Xiyabanı ziyarət edib.