Tarlaya gedən traktor aşdı, 6 qadın suda boğuldu - SABİRABADDA DƏHŞƏT

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərə görə, Şəhriyar kəndində traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər boğularaq ölüb.

 

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

 

Ölənlər - 1979-cu il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, onun əkiz qızları - 2000-ci il təvəllüdlü Bağırova Fatimə Teymur qızı və Bağırova Zəhra Teymur qızı, onların qohumları, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1989-cu il təvəllüdlü Qasımova Xəyalə Əbülhəsən qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı