Daşnaksütun: Paşinyan bu dəfə də səs toplamaya bilər
"Daşnaksütun partiyası Nikol Paşinyanın namizədliyi irəli sürən üç partiyadan biridir və təbii ki, keçiriləcək səsvermə zamanı onu dəstəkləyəcək".
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu partiyanın fraksiya rəhbəri Armen Rustamyan deyib.
O, eyni zamanda N.Paşinyanın bu dəfə də səs toplamayacağını istisna etməyib və qeyd edib ki, belə olan halda, növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu arada Nikol Paşinyan jurnalistlərə bildirib ki, hökumətin tərkibi ilə bağlı bir neçə variant nəzərdən keçirilir və onlardan hansının qəbul ediləcəyi siyasi vəziyyətdən asılı olacaq.
Seçki Məcəlləsinə ediləcək dəyişikliklərə gəlincə, N.Paşinyan qeyd edib ki, buna ölkədaxili siyasi qüvvələrlə danışıqlardan sonra qərar veriləcək.