İsraildən Əsədə təhdid: YOX EDƏRİK!
İsrailli nazir Suriya prezidenti Bəşər Əsədi təhdid edib.
APA TV-nin məlumatına görə, ölkə mətbuatına danışan enerji naziri Yuval Steinitz İran Suriya ərazisindən İsrailə hücum edəcəyi təqdirdə, bunun Əsədin sonu olacağını deyib.
"İsrail Suriyadakı müharibəyə bu ana qədər müdaxilə etmədi. Əgər Suriya lideri Əsəd İranın öz torpaqlarında fəaliyyətinə icazə verməyə davam edərsə, İsrail onun rejimini yox edəcək" - deyə o qeyd edib.
Nazir "Suriya torpaqlarının İranın hərbi bazası kimi istifadə etməsinin və buradan İsrailə qarşı həyata keçiriləcək istənilən hücumun Əsədin sonu olacağını" əlavə edib.