Sabirabadda qaz partlayışı: ər və arvad xəstəxanalıq oldu
Sabirabad rayonunda evdə qaz partlayıb, ər və arvad yanıq xəsarətləri alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.
Qaz sızması nəticəsində baş verən partlayış zamanı 1955-ci il təvəllüdlü Malik Xanbala oğlu Ələsgərov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Gövhər Qurban qızı Ələsgərova müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.