İran XİN: Netanyahu sehrbazdır

"Bu gün dünyanın ən acı problemlərindən biri Yəmən məsələsidir". APA TV-nin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

B.Qasımi Ər-Riyadı ittiham edərək Yəməndə böyük cinayətlər törədildiyini və məzlum xalqın Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiyanın bombaları altında məhv olduğunu bildirib.

O, İsrailin baş naziri Binyamin Netanyahunun İranın nüvə fəaliyyətləri ilə bağlı iddialarına dair sualı belə cavablandırıb: "Mən adətim üzrə Qüdsü işğal edən rejimin əsassız iddialarına mövqe bildirmirəm. O, üçüncü dərəcəli şoumen və sehrbazdır. Sehrbazlıq məharəti ilə bağlı daha çox çalışmalıdır. Netanyahu öz hökumətindəki korrupsiya əməllərini və ona qarşı açılan cinayət işlərini ört-basdır etmək üçün o iddiaları ortaya atır. Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin rəyinə əsasən İranın nüvə proqramı şəffafdır və İran öz öhdəliklərini yerinə yetirir".

Müəllif | Apa.Tv
Elvin Bayramlı