Əli Əhmədov: "Erkən parlament seçkiləri barədə heç bir məlumatım yoxdur"
"Erkən parlament seçkilərinin keçiriləcəyi barədə heç bir məlumatım yoxdur". APA TV -nin xəbərinə görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
“Bildiyimə görə, parlament seçkiləri 2020-ci ildə keçiriləcək” - deyə o qeyd edib.
Baş nazirin müavini saxta dərman satışı ilə bağlı məsələyə də diqqət çəkib. Əli Əhmədov qeyd edib ki, saxta derman satışı ilə məşğul olmaq ən böyük cinayətdir: "Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir".
Ə.Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: "Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək".
Yeni Azərbaycan Partiyasının icra katibi Ermənistanın gündəmi ilə bağlı sualı da cavablandırıb. Baş nazirin müavini bildirib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".