Avropa Trampa qarşı: İranla nüvə razılaşmasından çıxmayacağıq

Avropa dövlətləri Donald Trampın təklifinə qarşı çıxıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Fransa və Almaniya xarici işlər nazirləri ABŞ-ın İranla nüvə razılaşması barədə qərarından asılı olmayaraq, bu razılaşmanı davam etdirəcəklərini bildiriblər.

 

Fransanın xarici işlər naziri Jan-Yves razılaşmada olan 3 Avropa ölkəsinin - Fransa, Almaniya və İngiltərənin İranla bağlanan nüvə müqaviləsinə sadiq qalacaqlarını bildirib və bunun ABŞ-ın qərarından asılı olmayaraq, dəyişməyəcəyini deyib.

 

Almaniya xarici işlər naziri Heyko Maas da rəsmi Berlinin sülhü qorumaq məqsədilə İranla razılaşma çərçivəsində hərəkət edəcəyini vurğulayıb.

 

İngiltərəli nazir Boris Conson isə razılaşma ləğv olunarsa, Tehranın daha da sərt addımlar atacağını düşündüyünü deyib.

 

Qeyd edək ki, Ağ Ev rəhbəri keçən həftə çıxışında 12 may tarixinədək İranla bağlanan nüvə razılaşmasından çəkilib-çəkilməmək barədə son qərarın veriləcəyini qeyd etmişdi.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı