«Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi» mövzusunda elmi-praktiki konfrans keçirilib

Dövlət Sərhəd Xidmətinin Aparatında «Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi» mövzularında elmi-praktiki konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdən əvvəl Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçuları Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. 

 

Dövlət himninin səslənməsi ilə başlanan rəsmi hissədə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açılıb.  

 

Konfransda deputat Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvo­ludur” mövzusunda məruzəsi dinlənilib.

 

Konfrans iştirakçılarına Azərbaycan Sər­həd Mühafizəsinin inkişafına Ulu  Öndər Heydər Əliyevin ali diqqət və qayğısını əks etdirən «Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi» mövzusu şərh edilib və ulu öndərin sər­həd­çilərlə görüş­ləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri in­teraktiv təqdimat formasında nümayiş etdirilib.

 

Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu