"Heydər Əliyev siyasəti: Hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib

"Hər şeydən əvvəl Heydər Əliyev müasir Azərbaycanın memarıdır".

 

APA TV-nin məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Heydər Əliyev siyasəti: Hüquqi dövlət quruculuğunda media təminatı" mövzusundakı konfransda bildirib: "Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında biz bu gün nələrə nail olmuşuqsa, onların hamısının əsası demək olar ki, bu böyük insanın Azərbaycana rəhbərlik etdiyi müddətdə qoyulub".

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev isə Azərbaycan üçün son dərəcə mürəkkəb 90-cı illəri xatırlayıb: "Həmin dövrdə istər hakimiyyətdə olanların səriştəsizliyi, dövlət idarəçiliyində baş verən çox ciddi qüsurlar və bunun nəticəsində ölkənin ağır sosial-iqtisadi duruma düşməsi, separatçılıq və siyasi qarşıdurmalar Azərbaycanı çətin siyasi duruma salmışdı və faktiki olaraq coğrafi xəritədən bir ölkə kimi silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu".

 

Digər natiqlər isə bildiriblər ki, Heydər Əliyevin mətbuata diqqəti nəticəsində bu sahədəki bir sıra problemlər, xüsusilə də senzura tamamilə aradan qaldırılıb.

 

Konfrans digər çıxışlarla davam etdirilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov