Almaniyada 2 qatar toqquşub - ÖLƏNLƏR VAR
Almaniyanın Bavariya bölgəsində yük və sərnişin qatarları toqquşub. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ayxax şəhəri yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, dəmir yolu qəzası nəticəsində azı 2 nəfər dünyasını dəyişib, xəsarət alanlar da var.
Hadisənin digər təfərrüatları hələ ki məlum deyil.